' ' KASKO sığortası KASKO sığortası / Korporativ sığorta məhsulları - Qala Sığorta

KASKO sığortası

Əlavə məlumat almaq üçün *4000 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsiniz.

Sığortanın məqsədi

Yol nəqliyyatı hadisəsi nəticəsində, avtomobilə dəyən
fiziki zərərin ödənilməsi.

Sığortaçı

Bu sığorta növü üzrə müqavilə bağlamağa icazəsi
olan hüquqi və ya fiziki şəxs.

Sığorta olunan nəqliyyat vasiətələri

Sığorta hadisəsi

Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası.

Sığorta al Kalkulyator

Sığorta riskləri

Toqquşma, yanğın, partlayış, oğurlanma, yol nəqliyyat hadisəsi, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan.

Sığorta hadisəsi haqqında məlumatın verilməsi

Sığorta hadisəsi baş verdikdə Sığorta olunanın dərhal sığorta şirkətinə məlumat verilməsi tələb olunur.

  • Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti (sığorta dəyəri) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
  • Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.
  • Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
  • Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
  • Sığorta tarifləri avtonəqliyyat vasitəsinin bazar dəyərindən, sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər riskin qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
  • Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.

 

 

Azadolma məbləği

1

Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.

2

Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrəctətbiq olunur.

3

Azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ zərər məbləğindən çıxılır.

Sığorta təminatının əhatə ərazisi

Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.

Mübahisələrin həlli

Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.

Sığorta müqaviləsinin müddəti

Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir

Məlumatlar*