'
Yol nəqliyyatı hadisəsi nəticəsində, avtomobilə dəyən
fiziki zərərin ödənilməsi.
Bu sığorta növü üzrə müqavilə bağlamağa icazəsi
olan hüquqi və ya fiziki şəxs.
Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası.
Toqquşma, yanğın, partlayış, oğurlanma, yol nəqliyyat hadisəsi, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan.
Sığorta hadisəsi baş verdikdə Sığorta olunanın dərhal sığorta şirkətinə məlumat verilməsi tələb olunur.
Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti (sığorta dəyəri) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.
Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
Sığorta tarifləri avtonəqliyyat vasitəsinin bazar dəyərindən, sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər riskin qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrəctətbiq olunur.
Azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ zərər məbləğindən çıxılır.
Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.
Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir
Bu tarif cədvəli yalnız ban növü sedan, universal və xetçbek olan avtomobillər üçün istifadə oluna bilər.
Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün 1 000 AZN məbləği həcmində əlavə şərtsiz azadolma tətbiq olunacaq.
Minimal sığorta haqqı - 300 AZN
Aşağıda göstərilən nəqliyyat vasitələrinin sığortalanması üçün mütləq anderrayterlərə müraciət edilməlidir:
Həmçinin aşağıdakı marka və modellər:
Qeyd
Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan, sığortalı və ya sığorta olunan qismində çıxış edən şəxslərə məxsus nəqliyyat vasitələri bu tarif cədvəlinə əsasən sığortalana bilməz.
Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün 1 000 AZN məbləği həcmində əlavə şərtsiz azadolma tətbiq olunacaq.
Minimal sığorta haqqı
Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan, sığortalı və ya sığorta olunan qismində çıxış edən şəxslərə məxsus nəqliyyat vasitələri bu tarif cədvəlinə əsasən sığortalana bilməz.