24 dekabr 2023-cü ildə fəaliyyətimizin 25 illiyi qeyd olundu.
09 yanvar 2023 - cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı Qala Sığorta şirkətinə təkrarsığorta fəaliyyəti göstərmək üçün lisenziya vermişdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. SİMA vasitəsilə “Qala Sığorta” şirkətinin növbəti məhsulu daha əlçatan oldu. Bundan sonra müştərilər “Qala Sığorta”nın veb-saytındakı şəxsi kabinetlərinə rəqəmsal imza ilə daxil olaraq İpoteka kreditləşməsi üzrə əldə olunan yaşayış sahələrinə aid (mənzillər, fərdi yaşayış evləri və s.) sığorta müqavilələrinin imzalanmasını həyata keçirə biləcəklər.
Qala Sığorta və @push30.az “Sağlam Həyat” adlı yeni tibbi sığorta proqramı layihəsinə start verdi. Qala Sığortadan “Sağlam Həyat”sığorta məhsulunu əldə edən şirkətlərin işçiləri 10 000 manatlıq təminatla tibbi sığorta xidmətləri ilə yanaşı Push30-dan 1 illik idman xidmətlərindən də yararlanacaqlar.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədilə Qala Sığorta və Qala Həyat Sığorta şirkətləri ümumilikdə 30 min manat məbləğində ianə köçürtdü.
Qala Sığorta İSO Beynəlxalq Standartlaşdırma Sistemi çərçivəsində İSO 9001:2015 və İSO 10002:2018 standartları üzrə sertifikatlara sahib oldu.
Qala Sığorta, şirkət Naxçıvan şəhərində nümayəndəlik açaraq, 10-dan çox yerli sakini işlə təmin etdi.