Qala Sığortanın maliyyə dəstəyilə növbəti layihə, “InnoCamp - ASAN Könüllülərinin İnnovasiya düşərgəsi” təşkil olunmuşdur.

2024-07-13

Düşərgənin məqsədi, rəqəmsal dövrün peşələrinə marağı olan gənclərin inkişafına töhfə verməkdir.

Qala Sığorta Şirkətinin nümayəndəsinin də münsiflər heyətində təmsil olunduğu tədbir maraqlı anlarla yadda qalıb. 11-13 iyul tarixlərində Lənkəran şəhərində təşkil olunan tədbir cəmiyyətin korporativ sosial proqramına daxil olan, “ASAN Könüllülər Təşkilatı” ilə anlaşma çərçivəsində 2-ci layihəsidir.