' ' Qala 100 Qala 100 / New products - Qala Sığorta

Qala 100

Əlavə məlumat almaq üçün *4000 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsiniz.

Avtomobillərin sığortası yol nəqliyyat vasitələrinin bütün növləri üçün əldə edilən sığortadır. Sığortanın məqsədi - avtomobilin həm hərəkətli, həm də hərəkətsiz halda üzləşə biləcəyi, hər növ fiziki itki və zərərlərdən qorumanın təmin edilməsidir.

Sığortalı, aşağıdakı qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatını əldə edə bilər

  • Avtonəqliyyat hadisəsi
  • Üçüncü şəxsin qanunazidd hərəkəti
  • Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
  • Yanğın və partlayış
  • Təbii fəlakət
  • Heyvanların hərəkəti

Sığorta müddəti - 12 ay

 

1 500 ₼

Sığorta məbləği

100 ₼

Sığorta haqqı

 

 2 500 ₼

Sığorta məbləği

170 ₼

Sığorta haqqı

 

4 000 ₼

Sığorta məbləği

380 ₼

Sığorta haqqı

Hadisə baş verdikdə, şirkətimiz aşağıdakı xidmətləri göstərir

Hadisə yerinə gediş

Təmirin keyfiyyətli olmasına nəzarət

Pulsuz evakuasiya xidmət

Ən qısa müddətdə təmirin təşkili

Sığorta ödənişi sığorta müddəti ərzində qeydə alınmış yalnız bir, ilk sığorta hadisəsi üzrə və natamam sığorta şərti tətbiq edilmədən həyata keçirilir. Sığorta ödənişi həyata keçirildikdən sonra sığorta müqaviləsi sığorta haqqının geri qaytarılmaması şərti ilə hüquqi qüvvəsini itirərək xitam olunmuş hesab olunur və sığorta məbləği heç bir halda bərpa olunmur.

Dəyəri 50.000 AZN-dən çox olan nəqliyyat vasitələrinə, bu məhsul tətbiq edilmir.

Buy insurance Calculator