' ' Qala Elite Club Qala Elite Club / New products - Qala Sığorta

Qala Elite Club

Əlavə məlumat almaq üçün *4000 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsiniz.

İstifadəsində və mülkiyyətində minik avtomobili olan hər bir şəxsi düşündürən bir sual var – kasko sığortasını hansı şirkətdən və hansı şərtlərlə əldə edim?

Əldə olunan sığorta müqaviləsinin klassik kasko sığortası təminatlarından əlavə müxtəlif xidmət və təminatları da özündə cəmləşdirməsi ideal sığorta təminatı axtaran müştərinin ən düzgün seçimi ola bilər.

"Qala Sığorta" ASC minik avtomobillərinin sahiblərinə sərfəli şərtlərlə, müxtəlif genişləndirilmiş xidmət növlərini özündə birləşdirən və müştərinin inamla etibar edə biləcəyi "QALA" avtomobil klubu adlı kasko sığortası məhsulunu təklif edir.

"QALA" avtomobil klubu nədir?

"Qala Sığorta" ASC tərəfindən təqdim olunan "QALA" avtomobil klubu minik avtomobili sahiblərinin rahatlığını təmin edən, müxtəlif səpkili əlavə xidmətlərin məcmusundan ibarət olan və sığorta bazarında bir ilk olan xidmət növüdür. Kluba üzv olan müştərilər etibarlı kasko sığortası təminatını əldə etməklə yanaşı sığorta müddəti ərzində üzvlük kartının onlara verdiyi üstünlüklərdən faydalana biləcəklər. Kluba üzv olan hər bir müştəriyə təqdim olunan üzvlük kartı bütün klub üzvlərininin cəm şəkildə yararlana biləcəyi təklifləri də əhatə etməkdədir.

Üstünlüklərimiz

1

20% Endirim

Kasko sığortasını 20% endirimlə əldə etmək

1

6 ay ödəmə

Ümumi sığorta haqqını 6 ardıcıl ay ərzində ödəmə imkanı

1

Texniki müayinə

Avtomobilin 1 dəfə texniki vəziyyətinin müayinəsi

4

Taksi xidməti

Siğorta hadisəsindən sonra ünvana çatdırılma üçün taksi xidməti

4

Evakuasiya xidməti

Sığorta hadisəsi baş verdikdə hadisə yerindən avtomobilin evakuasiya olunması

4

Qəza servisi

Sığorta hadisəsi ilə əlaqədar olmayan nasazlıqla bağlı evakuasiya və texniki dəstəyin göstərilməsi

4

Həkim məsləhəti

24/7 həkim məsləhəti və tibbi xidmətin təşkili

4

Xaricidə sığorta

Sığortalının müraciəti əsasında sığorta şəhadətnaməsinə əlavə tərtib olunması yolu ilə sığorta müddəti ərzində 1 dəfə 10 (on) gün

4

Pulsuz sığorta

Siğorta müddətində 1 dəfə, 10 günlüyünə xaricə səfər zamanı sığortalıya pulsuz səyahət sığortası və sərnişinlər üçün 20% endirim

4

Yanğınsöndürən balon

Yanğınsöndürən balon, ilkin tibbi yardım çantası və qəza dayanma nişanı

4

Ailə üzvləri üçün sığorta

Ailə üzvləri üçün 20% endirimli, 6 ardıcıl aya ödəmə imkanı olan kasko sığortasını əldə etmək

4

Könüllü sığorta

"Qala Sığorta" ASC-nin fiziki şəxslər üçün bütün könüllü sığorta məhsullarına sığortalı və ailə üzvləri üçün 20% endirim

4

20% endirim

"Viva" şirniyyat evi, "LaQuzu" və "Cafe city" restoranlarında 20%-lik endirim

4

Fərdi kurator

"Qala Sığorta" ASC və "Qala Həyat" Sığorta Şirkəti ASC tərəfindən sığortalıya 24/7 xidmət göstərən fərdi kuratorun təyin olunması

4

Sənədlərin toplanması

Dövlət yol polisi və digər orqanlardan sənədlərin sığortaçı tərəfindən toplanması

Qala Avto Cluba üzv olan müştərilər anderraytinq ilinin sonunda klubun zərərlilik əmsalı 60%-i keçmədiyi halda klub üzvləri şirkətin klubdan əldə etdiyi gəlirdən 25%-lik cəm şəkildə bonus əldə edəcəklər. Bonus klub üzvünün ödədiyi sığorta haqqı ilə klub üzrə ümumi yığılan sığorta haqqına mütənasib olaraq hər bir üzv üçün ayrıca hesablanacaqdır.

Bonus aşağıdakı qaydada istifadə oluna bilər:

  • Əldə etdiyi bonus həcmində sığorta müqaviləsinin yenilənməsi zamanı güzəşt şəklində
  • Digər könüllü sığorta məhsuluna güzəşt şəklində
  • Sığorta təminatının genişləndirilməsi və sığorta limitlərinin artırılması şəklində

Kluba üzv olan müştərilərin kakso sığortası üzrə əldə etdiyi sığorta təminatı aşağıdakı risklərə münasibətdə verilir:

Avtonəqliyyat hadisəsi

Avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr

Atılmış və ya düşmüş əşya

Avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi

Üçüncü şəxsin qanunazidd hərəkəti

Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq

Yanğın və partlayış

  • Yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri
  • Partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi

Təbii fəlakət

Sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr

Heyvanların hərəkəti

Avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti

Buy insurance Calculator